вторник, 30 октября 2012 г.

Urmu'da Azərbaycan bayrağı dalğalandı

Urmu'da Azərbaycan bayrağı dalğalanıb, beləki Urmu'lu soydaşlarımız belə bir məlumat verib. Urmu mərkəzində yerləşən Şəhərçayı körpüsündən asılan bayrağımızın fotosu qısa zamanda sosial şəbəkələrdə gündəmi sallayıb. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin yaxınlığında dalğalanan bayraq azərbaycanlı fəallar tərəfindən körpüdən asılıb. Məlumata görə, Azərbaycan bayrağını görən avtomobil sürücüləri dayanmadan siqnal verib və bu şəkildə öz sevinclərini büruzə verərək həmrəyliklərini nümayiş etdiriblər. Azərbaycan bayrağı 30 dəqiqə boyunca körpüdən asılı qaldıqdan sonra hökumət qüvvələri tərəfindən endirilib.
Urmu'lu azərbaycanlı fəallar milli bayraqlarını şəhərin mərkəzində yerləşən körpüyə asması böyük bir hadisədir, bu o deməkdirki xalq zülmə qarşı susmaq fikrində deyil və bundan sonra mübarizələrini daha da güclü şəkildə davam etdirəcək. ETTELAAT-ın tam yanında bayraq asılması İranda yaşayan əzilmiş Azərbaycan xalqının səsi idi, bununla onlar zülmə, işgəncəyə, edamlara, represiyalara, Urmu gölünün qurudulmasına, azərbaycanlılara qarşı aparılan asimilasiyaya etiraz edirlər!

Yaşa Azərbaycan, çox yaşa!

понедельник, 24 сентября 2012 г.

Yeni dünya xəritəsində Böyük Azerbaycan dövləti

Sentyabrın 22-də «The New York Times» qəzeti İrana hərbi müdaxilə ilə bu regionda hətta indiki Türkiyədən də güclü bir yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazır. Müəlliflər Frank Jacobs və Parag Khanna qeyd edirlər ki, 21-ci əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü. Çünki Sovet İttifaqının dağılması və dünyanın müstəqil dövlətlər siyahısına çox sayda yeni dövlətin qoşulmasından cəmi 20 il keçir:

«Amma belə çıxır ki, bu təsəvvürlər doğru deyil. Bu günlər daha bir neçə yeni dövlətin doğulması dalğasının başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olan kimi hansısa siyasi dəyişiklik ya da münaqişə nəticəsində yaranana oxşamır. Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər».

F.Jacobs və P.Khanna dünya xəritəsində aşağıdakı yeni dövlətlərin yarana biləcəyini ehtimal edirlər:

Böyük Azərbaycan

İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir.

Bu dövlətin yaranması eyni zamanda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər. Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına İranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma İran rəsmilərindən hələlik bu mövzuda hər hansı şərh səslənməyib.

Qeyd edək ki, İranda yaşayan azərbaycanlı fəallar da tez-tez bu bölgədə müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını müzakirəyə çıxarırlar. Amma Tehran rəsmiləri ölkənin parçalanmasına imkan verilməyəcəyini deyirlər.

«The New York Times»da isə təkcə İranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Qəzet həmin mümkün yeni dövlətləri bu cür sıralayır:

Parçalanan Mali

Malinin şimalında tuareq tayfalarının yeni dövlət yaradacaqları və ölkənin parçalanacağı qaçılmaz görünür.

Belçika nəhayət bölünə bilər

Dil baxımdan ikiyə bölünmüş (Fransız və holland dili) Belçika fransız dilinin üstünlüyü əsasında birləşdirilsə də, bu ölkə də qarşıdakı onilliklərdə ikiyə bölünməyə doğru gedir..

Konqo bölücüləri

Elə indidən iki Konqo var. Biri Fransanın koloniyası, o biri isə Belçikanın. Onların paytaxtları da eyniadlı bir çayın kənarında üz-üzə dayanıb.

Somali parçalanması artıq təsdiqlənib

Milli hökumətin qurulması bu ilə planlaşdırılır. Amma çoxları inanır ki, ölkənin şərq və qərb hissələri - Puntlend və Somalilend artıq birlikdə olmaq istəmirlər.

Ələvilər təkbaşına gedirlər

İndiki dumanlı vətəndaş müharibəsindən sonra Suriyanın gələcəyinin necə olacağını demək çox çətindir. Amma bir şey dəqiqdir ki, aylarla uzanan qanlı müharibədən sonra Suriya əvvəlki ölkə olmayacaq.

Ola bilər, Suriya dini sektaların hökumətə meydan oxuduğu keçmiş Livan kimi bir ölkəyə çevriləcək. Ya da Suriya etnik əsaslarla parçalanmış Dəməşq və Hələb kimi şəhər-dövlətlərə çevrilə bilər.

Ərəb Körfəzi Birliyi

Keçən il Səudiyyə Ərəbistanın kiçik Bəhreynə hərbi müdaxiləsi faktiki olaraq buranı Səudiyyənin 14-cü əyalətinə çevirib. Eyni zamanda, Yəməndən Səudiyyə Ərəbistanına köç bu ölkədə 1990-cı ildə Cənubi və Şimali Yəmənin Birləşməsi kimi ciddi konfliktlər yarada bilər. Bu ilin əvvəlində sünni ərəb monarxları da İrandan artan təhlükələrə qarşı Körfəz Əməkdaşlıq Şurasının Ərəb Körfəzi Birliyinə çevrilməsini təklif ediblər.

Müstəqil Kürdüstan

ABŞ qüvvələrinin bölgədən çəkilməsi, İranın qərbində və İraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya Müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə təzədən çəkilməsi ilə nəticələnə bilər.

Kürdlərin 3 000 illik tarixlərində müstəqil Kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb.

Paştunistan və Bəlucistan da ayağa qalxır

İranın şərqində və Əfqanıstan ərazilərində böyük Puştunistan qurula bilər. Təbii qaz ehtiyatları ilə zəngin olan Bəlucistan (Pakistan) da 1970-ci illərdə aktuallaşan müstəqilliyinə yenidən baxa bilər.

Çin Sibirin bir hissəsini udur

Rusiyanın qorxulu röyası – getdikcə əhalisi və iqtisadi gücü artan Çinin Sibirin bir hissəsini cənginə çəkməsi reallaşa bilər. Elə indidən yüz minlərlə çinli Amur çayını keçib Sibirdə yerləşir, yerli əhali ilə qaynayıb qarışır, evlənib, ailə qurur.

Koreyanın birləşməsi

Şimali və Cənubi Koreya arasındakı mübahisəli sərhəd də aradan qalxa bilər.

Fakt odur ki, artıq Cənubi Koreyanın strateqləri ölkənin birləşməsi halında bunun iqtisadi və sosial qiymətləndirməsini hazırlayırlar.



“Azadlıq radiosu“

воскресенье, 23 сентября 2012 г.

Hollandalı Azeriler İran Büyükelçiliği Önünde Eylem Yaptı (Ana dilinde eğitim)

Hollanda'da yaşayan Azeri Türkleri, yeni eğitim yılında Türk kökenli öğrencilerin Türkçe eğitim dilinde öğrenim görmelerini engelleyen İran'ı protesto etmek için Lahey'deki İran Büyükelçiliği önünde gösteri yaptı.

Hollanda'da yaşayan Azeri Türkleri, yeni eğitim yılında Türk kökenli öğrencilerin Türkçe eğitim dilinde öğrenim görmelerini engelleyen İran'ı protesto etmek için Lahey'deki İran Büyükelçiliği önünde gösteri yaptı.

Anadilinde eğitim ve öğretimin yasaklandığı İran'da Azeri çocuklarının kendi kültür ve geleneklerinden yozlaştırılmak istendiğinin vurgu yapıldığı gösteri bir saat sürdü.

Eylemde yapılan konuşmalarda, İran'ın bu kararının insan hakları ihlali olduğu ve Azeri Türkleri'ni asimile etme amacı taşıdığı belirtildi.

Büyükelçilik binasına 200 metre uzaklıkta gösteri yapmalarına izin verilen Azeriler, daha sonra 5 maddelik talep mektubunu, elçilik görevlilerine teslim etti.

Hollanda Azerbaycanlılar Derneği Başkanı İlhan Aşkın yaptığı açıklamada, "İran'da yaşayan 35 milyon Azeri'nin, kendi dillerinde okullarının olmasını istiyoruz. 35 milyon insanın insan gibi muamale görmeleri için burdayız. Bunların da kendi dillerinde gazete ve televizyonlarının olmasını istiyoruz" dedi.

Hollanda Güney Azerbaycan Komitesi Başkanı Araz Atakan ise, "Bugün bizim çocuklarımız, yavrularımız İran mekteplerinde okumaya başlıyor. 35 milyon Türk'ün çocuklarına zorla Fars dili ve kültürü öğretiliyor. Bunu biz kültürel bir kıyım olarak görüyoruz. Çocuklarımız zorla asimile edilmek isteniyor. Biz de bunu İran elçiliği önünde kınamaya geldik" diye konuştu.

Gösteri, talep mektubunun elçilik görevlilerine teslim edilmesinin ardından olaysız sona erdi.


суббота, 22 сентября 2012 г.

Bütöv Azərbaycan qətnaməsinin müəllifi onun təklifinə Ağ Evin diqqət yetirəcə biləcəyini deyir

Bütöv Azərbaycan məsələsini ölkəsinin qanunverici orqanı səviyyəsində gündəmə çıxaran ABŞ konqresmeni Dana Rohrabaker mövzu ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib.
Rohrabaker İranda yaşayan azərbaycanlıların öz müqəddəratını həll etməsinə tərəfdar olduğunu və heç bir millətin istəmədəyi dövlətin tərkibində yaşamağa məhkum edilmədiyini vurğulayıb. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Nəzarət və Araşdırma üzrə alt komitəsinin sədri cənab Rohrabaker Vaşinqtonda onun fikirlərinə ciddi önəm verildiyini də bildirib.

- Siz bu yaxınlarda Konqresdə İran azərbaycanlılarının öz müqəddəratını həll etmək hüququnu dəstəkləyən qətnamə layihəsi təqdim etmisiniz. Bu qətnaməni irəli sürməyə sizi nə sövq etdi?
- Əlbəttə, mən amerikalı kimi inanıram ki, insanların öz talelərini güllə qutusunda deyil, seçki qutusunda müəyyən etmək hüquqları var. Regiona səfər edəndə mənə aydın oldu ki, İranda müxtəlif xalqlar yaşayır və onlar molla rejiminin nəzarəti altında yaşamaq istəmirlər. Bu rejimin qəddarlığı üzündən onlar bu dindar fanatiklərin hakimiyyəti altında yaşamaqdansa müstəqil olmaq istəyərlər. Ona görə də qərar verdim ki, dünyanın başqa yerlərində olan xalqlar kimi, bu xalqa da dəstək verim. Onların hansı ölkədə, hansı hökumət altında yaşamaqlarını seçmək hüququ var. Belə ki, bu hökumət onlarla çox pis rəftar edir və onların insan haqlarını tapdayır. Ola bilsin ki, onlar artıq bu hökumətin idarəçiliyi altında olmaq istəmirlər. Onlara öz gələcəklərini müəyyən etmək üçün səsvermə hüququ vermək lazımdır.

- Siz ictimaiyyətə açıqlamanızda demisiniz ki, İran azərbaycanlılarının taleyi Vaşinqton bürokratlarının yaxud İrandakı molla diktaturasının əlində olmamalıdır. Siz inanırsız ki, etnik azərbaycanlıların öz müqəddəratlarını həll etməsinə gəldikdə ABŞ Dövlət Departamenti ilə İran hökuməti arasında razılıq var?
- Zənnimcə, ABŞ hökuməti dünya ölkələrində sabitliyin saxlanması üçün lazım olduğundan çox canfəşanlıq göstərir və bu üzdən heç də həmişə müxtəlif xalqların öz müqəddəratlarını müəyyən etməsinə dəstək vermir. Bunun isə insan haqları üçün ciddi fəsadları var. Çünki əgər bir ölkənin tərkibində elə bir xalq varsa ki, onlar bu ölkənin, yaxud cəmiyyətin bir hissəsi olmaq istəmir, bu insanlar zülmə məruz qalır. Fikrimcə, ABŞ üçün ən münasib siyasət müstəqil olmaq istəyən bu insanların azad və vicdanlı səsvermədə öz müqəddəratlarını həll etməsinə dəstək verməkdir. Biz bu nümunələri çox görmüşük. Çexoslovakiyada çexlər və slovaklar dinc şəkildə ayrıla bildilər. Hindistan və Pakistan da eləcə. Həmçinin Pakistan və Banqladeş. Belə çox ölkələr var. Bu yerlərdə insanlar qərara aldılar ki, onlar daha həmin ölkənin və hökumətin bir hissəsi olmaq istəmirlər. Onlar ya müstəqil olmaq, ya da başqa ölkənin tərkibinə keçmək istəyirlər. Biz bu məsələlərdə insanların səsvermə hüququnu dəstəkləməliyik.

- Amerikada rəsmilər tez-tez ABŞ-ın “status-kvo dövləti” olduğunu vurğulayırlar. Yəni Vaşinqton bütün hallarda ərazi bütövlüyünü dəstəkləyir. Sizin İranı bölmək istədiyinizi deyən adamlara cavabınız nə olardı?
- Mən İranın bölünməsinə inanmıram. Mən ona inanıram ki, insanlar hansı ölkə və hansı strukturda yaşamalarına özləri qərar verməlidirlər. Mən bu ölkələrin bölünməsinə inanmıram. Amma mən bir şeyə inanıram: Dünya xalqları 200 il bundan əvvəl verilmiş vədlərə, tərtib olunmuş planlara tabe tutulmamalıdırlar. 200 il öncə Avropa imperialistlərinin yaratdığı sərhədləri və münasibətləri müdafiə etməyimiz üçün heç bir əsas yoxdur. Planetin bir çox guşələrində sərhədlər yerli insanların iradəsinə zidd olaraq kolonial qüdrətlər tərəfindən müəyyən olunub. Bunu necə dəyişə bilərik? Biz istər azərbaycanlıların, istər bəlucların, istərsə də kürdlərin seçkilər vasitəsilə öz müqəddaratlarını müəyyən etməsinə dəstək verməliyik. İnsanların səsvermə hüququ olmalıdır. Bəziləri deyirlər ki, mən İranı parçalamaq istəyirəm. Xeyr! Mən insanlara seçki qutusunda öz talelərini həll etmək şansı verilməsini istəyirəm. Bunu etməməyimiz üçün heç bir əsas yoxdur.

- Biz İranın nüvə proqramı, yaxud dini radikalizmi haqda tez-tez eşidirik. Amma siz ilk seçkili ABŞ rəsmisisiniz ki, İrandakı etnik azlıqların taleyinə diqqət cəlb edirsiniz. Siz Amerika cəmiyyətinin, yaxud hökumətinin başqa hissələrindən dəstək alacağınızı gözləyirsinizmi?
- Hesab edirəm ki, Amerika xalqı bizim hökumətimizin xarici siyasəti haqda fundamental şəkildə vicdanlı debat keçirməlidir. İndiyədək biz “status-kvo” qüdrəti olmuşuq. Bu, bizi düzgün təsvir edir. Biz başqa ölkələrin vahid qalacağını gözləyirik. Özümüzü başqalarının problemləri ilə narahat etmək istəmirik. Çexlər və slovaklar bunu dinc şəkildə həyata keçirdilər. Bu məsələlər dinc yolla həll oluna bilər. Çexlərin və slovakların İkinci Dünya Müharibəsindən öncə təsis olunmuş quruluş altında yaşaması üçün heç bir əsas yox idi. Mənim mövqeyim azadlıq mövqeyidir. Bu, Amerika xalqının dəyərlərinə də uyğun gəlir. Xalqların haqları var ki, müstəqil olub-olmamalarını müəyyən etsinlər. Bunu Amerikada yaşayan iranlılar və İranda yaşayan insanlar daha yaxşı anlamalıdırlar. Çünki İranda çoxluqda olan farslar həmin ölkəni idarə edir. Amma orada başqa etnik qruplar var ki, onlar molla diktaturası altında yaşamaq istəmirlər. Bu, molla diktaturasını zəiflətməyin bir yoludur. Ola bilsin ki, ondan sonra azad seçkilər olacaq. Ola bilsin, azərbaycanlılar İranın tərkibində qalmağa səs verəcəklər. Amma bu, molla diktaturasını zəiflədəcək. Bu, müsbət hal olardı.

- Tənqidçilərinizdən və sizi dəstəkləyənlərdən nə kimi reaksiyalar almısınız?
- Məni təəccübləndirən odur ki, molla diktaturasından canlarını qurtarıb bura gələn Amerika iranlıları mənim o diktaturanı zəiflətmək üçün irəli sürdüyüm təklifi başa düşmürlər. O hökumət onlara zülm edib və bu üzdən onlar həmin ölkəni tərk ediblər. Onların bu təklifi tənqid etməsi çox qəribədir. Bəziləri deyirlər: “Bu, dəhşətdir. Azərbaycanlılar özlərini iranlı hesab edirlər”. Niyə mənə qəzəblənirlər? Niyə onlar bundan narahatdırlar? Guya ki, mən azərbaycanlıların avtomatik müstəqillik almasını təşviq edirəm. Mənim mövqeyim qətiyyən belə deyil. Əgər bu adamlar haqlıdırlarsa və əgər azərbaycanlılar həqiqətən də İranın tərkibində qalmaq istəyirlərsə, onda onlar buna səs verəcəklər. Məsələ bu qədər sadədir.

- Siz Respublikaçısınız və sizin partiyanızın namizədi Ağ Ev uğrunda mübarizə aparır. Siz inanırsız ki, azərbaycanlıların öz müqəddəratları uğrundakı mübarizəsi Mitt Romni adminstrasiyası dönəmində ABŞ-ın İran siyasətinin təməl prinsipinə çevrilə bilər?
- Çoxları bilir ki, mən Vaşinqtonda öz fikirlərimi açıq şəkildə ifadə etməyimə görə tanınıram. Amma çox sayda adam var ki, mənim təklif etdiyim fundamental ideyalara diqqət yetirir. Mənim təklif etdiyim müxtəlif növ xarici siyasət məsələlərinə fundamental şəkildə fərqli yanaşmadır. Əvvəldə insanlar buna qarşı çıxırlar. Bir müddət keçdikdən sonra onlar bunu ciddi qəbul edirlər. Mən uzun müddət bir sıra xarici siyasət islahatlarının mənbəyi olmuşam. Belə bir şans var ki, yeni administrasiya mənim xarici siyasət təkliflərimə diqqət yetirəcək. Mən təklif etmişəm ki, xaricə Amerika qüvvələrini göndərməkdənsə, biz özümüzə dostlar tapaq və onlara kömək edək. Düşmənlərimizin düşmənlərinə yardm göstərək. Bu, Amerikanın hərbi qüvvəsindən istifadə etməkdən daha cəlbedici seçimdir. Zənnimcə, yeni adminstrasiya bunun maliyyə səmərəliliyi baxımdan effektivliyini anlayacaq. Xaricə qoşun göndərmək çox bahadır. Bundan əlavə, bu, insanlarda nifrət hissi oyadır. Amma azad və ədalətli seçkilərin keçirlməsini tələb etməklə insanlara yardım etsək, bu, yaxşı qarşılanar. Biz İrandakı azərbaycanlılarla dost olmalıyıq. Onlar öz müqəddaratlarını müəyyən edə bilməlidirlər.

Azadlıq

воскресенье, 16 сентября 2012 г.

Konqresmen “Bütöv Azərbaycan qətnaməsi”ndən danışdı

“Qətnamə layihəsi məqsədə doğru birinci addımdır”

“İran azərbaycanlılarının öz müqəddəratını təyin etmə hüqüqunun tanınmasna dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır”. Bunu ABŞ konqressmeni Dana Rohrabacher “BBC Azərbaycanca”ya eksklüziv müsahibəsində deyib.
H.CON.RES.137qətnamə layihəsi “Bölünnüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edir.
Layihənin müəllifi, Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri Rohrabacher deyib: “Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat mövzusu aça bilək. .... Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir”.
Kaliforniyadan seçilmiş respublikaçı konqresmen iyul ayında dövlət katibi Hillari Klintona məktubyazaraq Azərbaycan xalqının, öz razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü bildirmişdi. Dövlət Departamenti məktubdan ağah olduğunun və ölkələrin “ərazi bütövlüyünü dəstəklədiyini” elan etmişdi.

Referendum, milli kimlik, mədəni haqlar...

Dövlət Departamentinin cavabına reaksiya verən Rohrabacher bildirib ki, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, İranın Azərbaycan əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir: “Mənim mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir... Mən demirəm ki, bu gələcək konkret harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir. Bu insanlara milli kimliklərini, mədəni haqlaını müəyyənləşdirmək imkanı verməkdir. Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada - İranda, Azərbaycanda, yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bu bundan bəhrələnmək öz müqəddəratını təyin etmək hüququ var”.
O həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb...

Məqsəd addım atmaqdır

“Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib - addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş vernələr də tarixə yazılır”, deyə konqresmen bildirib. Onun fikrincə, beynəlxalq ictimaiyyət bugünlərdə İran azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakıçısı olub, münasibətini bildirəcək.

ABŞ-ın isyasəti

Konqresmen onun təşəbbüsünü tənqid edənlərə də mesaj ünvanlayıb. Belə ki, onu azərbaycanlıların məsələsini qabartmaqla ABŞ-İran və Bakı-Tehran münasbətlərini, eləcə də İrandakı azərbaycanlıları risk qarşısında qoymaqda ittiham edənlər var. Rohrabacher deyib ki, ABŞ-ın tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısını almaqdan ibarət olub. “Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir”, - deyə o vurğulayıb.

пятница, 14 сентября 2012 г.

“Azərbaycan xalqının öz ölkəsini seçmək hüququ var. Bunun İrandakı molla rejiminə dəxli yoxdur”

Bu yaxınlarda Azərbaycanda olmuş ABŞ konqresmeni Dana Rohrabacher Amerika Konqresinə "Bölünmüş Azərbaycan xalqının öz taleyini müəyyənləşdirmək və istərlərsə, suveren ölkə yaratmaq haqqı"ndan bəhs edən qətnamə layihəsi təqdim edib.
"Azərbaycan xalqının öz siyasi strukturunu və ölkəsini seçmək hüquqları var", - cənab Rohrabacherin ofisindən “Turan”ın Vaşinqtondakı müxbirinə verilmiş bəyanatda deyilir.
"Bunun nə Vaşinqtondakı bürokratlara, nə də İrandakı molla rejiminə dəxli var. Azərbaycandakı etnik azərbaycanlılar suveren və müstəqill yaşayırlar, İrandakı azərbaycanlı əhalinin də eyni seçimi etməməsi üçün heç bir səbəb yoxdur. Bu prinsip İranda yaşayan bütün xalqlar üçün keçərlidir", - o bəyan edib.


Kaliforniyadan seçilmiş konqresmen Dana Rohrabacher 1989-cu ildən bəridir ki, Nümayəndələr Palatasının üzvüdür. O, Respublikaçılar partiyasındandır.
Keçən ay o, ABŞ dövlət katibi Hillari Klintona məktub yazaraq, Azərbaycan xalqının öz razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü bildirmişdi. Dövlət departamenti isə məktubu aldığını və ölkələrin "ərazi bütövlüyünü dəstəklədiyini" bildirmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev də mətbuata məsələ ilə bağlı açıqlamasında Bakının İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.

Azadlıq